5 PUA sərhədə yaxınlaşdı, Rumıniya F-16-ları havaya qaldırdı
Rumıniya Ukrayna sərhədi yaxınlığında bir qrup pilotsuz uçuş aparatının (PUA) aşkarlanması səbəbilə qırıcı təyyarələri havaya qaldırıb. Loading.Az
xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb.
Nazirliyin məlumatına görə, avqustun 13-nə keçən gecə müşahidə sistemləri Rumıniya sərhədi yaxınlığında, Ukrayna ərazisi üzərində beş PUA-dan ibarət qrup aşkarlayıb.
Bildirilib ki, vəziyyəti izləmək məqsədilə Borçadakı 86-cı Hava Bazasından Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 qırıcısı havaya qaldırılıb.
Nazirlik qeyd edib ki, hadisə ilə bağlı vəziyyət Rumıniya hərbçiləri tərəfindən nəzarətdə saxlanılıb.






