Ermənistanın AİB taleyi ilə bağlı İrəvandan açıqlama
Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılması üçün heç bir mexanizm yoxdur. Loading.Az
xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının parlament üzvü Arman Yeqoyan 168.am portalının "YouTube" kanalında yayımlanan brifinqdə bildirib.
"Ermənistan Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvüdür. Dövlət özü AİB-dən çıxdığını elan etmədikcə və ya bununla bağlı prosesə başlamadıqca, Ermənistanın birlikdən çıxarılması üçün heç bir mexanizm yoxdur", - deyə deputat vurğulayıb.






