Gürcüstanın Baş naziri 1783-cü il müqaviləsinin əhəmiyyətindən danışdı
1783-cü il Georgiyevsk müqaviləsi Gürcüstan dövlətinin qorunmasında həlledici rol oynayıb. Loading.Az xəbər verir ki, Minval Telegram kanalının məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, II Erekle Georgiyevsk müqaviləsini imzalayarkən bu sənəd Gürcüstan dövlətinin və ölkənin xilasında həlledici rol oynayıb.
Georgiyevsk müqaviləsi 1783-cü ildə Rusiya İmperiyası ilə Kartli-Kaxeti Krallığı arasında bağlanıb. Müqaviləyə əsasən, imperatriça II Yekaterina Şərqi Gürcüstanı öz himayəsinə götürərək onun ərazi bütövlüyünün qorunmasına və digər güclərdən müstəqilliyinə zəmanət verib.






