Paşinyan Təhlükəsizlik Şurasının katibini dəyişdi
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib. Loading.Az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Paşinyanın fərmanında "Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilsin" deyə bildirilib.
2026-cı il seçki kampaniyası zamanı Simonyan dəfələrlə Paşinyanla birlikdə avtobusda yerkökü, çebureki, lavaş və digər yeməklər yediyi videolarda yer alıb.






