ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Məşhurlar 17-08-2026, 12:35

Məşhur aktrisa 36 yaşında öldü

Məşhur aktrisa 36 yaşında öldü

Məşhur aktrisa 36 yaşında öldü

Amerikalı aktrisa Hayden Panettiyeri 36 yaşında vəfat edib.

Duz.az xəbər verir ki, bu barədə ABC telekanalına istinadən ABŞ mediası məlumat yayıb. Aktrisanın ölümünü onun nümayəndəsi təsdiqləyib.

“Sevimli Haydenimizin faciəvi şəkildə vəfat etdiyini dərin kədərlə bildiririk. O, onu tanıyanlara və ekran qarşısında izləyən milyonlarla insana ölçüyəgəlməz sevgi və sevinc bəxş edən inanılmaz bir işıq idi”, – deyə aktrisanın nümayəndəsinin açıqlamasında bildirilib.

Onun ölüm səbəbi hələ açıqlanmayıb.

Hayden Panettiyeri “Heroes”, “Nashville”, “Scream 4” və “Scream VI” kimi məşhur film və seriallardakı rolları ilə tanınıb. O, xüsusilə “Heroes” serialında Kler Bennet və “Nashville”də Cülyetta Barns obrazları ilə geniş şöhrət qazanıb.

Aktrisanın şəxsi həyatı da uzun müddət medianın diqqətində olub. O, ukraynalı keçmiş boksçu Vladimir Kliçko ilə münasibətdə olub. Cütlüyün Kaya adlı qızı dünyaya gəlib. Panettiere və Kliçko 2018-ci ildə ayrılıblar.

Panettiere son illərdə şəxsi həyatındakı çətinliklər, asılılıqla mübarizə və psixoloji problemləri barədə də açıq danışıb. Onun kiçik qardaşı, aktyor Jansen Panettiere isə 2023-cü ildə 28 yaşında vəfat etmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
63 63 35 59 42 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.