cabir

cabir Xəbərlər 17-08-2026, 11:30

İran ABŞ-la danışıqlara ümid etmir, mümkün eskalasiyaya hazırlaşır

İran ABŞ-la danışıqlara ümid etmir, mümkün eskalasiyaya hazırlaşır

İran rəhbərliyi ABŞ-la danışıqlara ümid etmir və münaqişənin mümkün eskalasiyasına fəal şəkildə hazırlaşır.                Loading.Az        

xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.              

Nəşrin məlumatına görə, İran rəhbərliyindəki sərt xətt tərəfdarları daha əvvəl imzalanmış anlaşma memorandumunu "ABŞ və İsrailin qlobal iqtisadiyyata təzyiqi azaltmaq və gələcəkdə daha əhəmiyyətli zərbə endirmək üçün vaxt qazanmaq cəhdi" kimi qiymətləndirirlər.

Nəşr qeyd edib ki, İran rəhbərliyi ümidlərini danışıqlara bağlamaq əvəzinə, son iki ayı daha böyük qarşıdurmaya hazırlaşmaqla keçirib.

İran rəhbərliyinin atdığı addımlar arasında İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) ölkənin nizami ordusu üzərində daha geniş nəzarət səlahiyyətlərinin verilməsi, İraq müharibəsi veteranlarının mühüm vəzifələrə təyin edilməsi, daxili əks-kəşfiyyat əməliyyatlarının genişləndirilməsi, həmçinin raket və pilotsuz uçuş aparatlarının istehsalının artırılması yer alır.

Bundan əlavə, Ərəb Körfəzi ölkələrinin kəşfiyyat orqanlarının məlumatına görə, İran liderləri getdikcə daha çox "düşmən ərazisində hücum əməliyyatları"ndan danışırlar.

                             

             

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
24 29 27 22 35 27

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.