ABŞ-İran danışıqları baş tutmadı: neftin qiyməti yenidən bahalaşır
ABŞ-İran danışıqlarının uğursuzluqla nəticələnməsi fonunda qlobal neft qiymətləri yenidən artım istiqamətinə dönüb. Loading.Az
xəbər verir ki, bu barədə London ICE birjasındakı ticarət məlumatlarında bildirilib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla anlaşma memorandumunun müddətini uzatmaq niyyətində olmadığını açıqlayıb. Sazişin müddəti avqustun 17-də başa çatıb.
Treyderlərin Yaxın Şərqdən xam neft tədarükündə yarana biləcək fasilələrlə bağlı narahatlıqları fonunda neft qiymətlərində artım müşahidə olunub.
Oktyabr ayı üçün Brent markalı xam neftin fyuçersləri 0,67 faiz bahalaşıb. Şimal dənizi neftinin qiyməti isə ticarətin sonunda 0,61 dollar artaraq bir barel üçün 90,87 dollara çatıb. Bundan əvvəlki gün qiymət 2,35 dollar və ya 2,65 faiz yüksələrək 90,87 dollar təşkil edib.






