cabir

cabir Xəbərlər 19-08-2026, 17:30

ABŞ Polşa şirkətini sanksiya siyahısına saldı

ABŞ Polşa şirkətini sanksiya siyahısına saldı

Polşanın Shelbit Technologies şirkəti çirkli pulların yuyulması və İrana qarşı tətbiq edilən sanksiyalardan yayınmağa yardım göstərmək ittihamı ilə ABŞ-ın sanksiya siyahısına salınıb.                         Loading.Az               xəbər verir ki, bu barədə Wirtualna Polska ABŞ-ın araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.            

Nəşrin məlumatına görə, şirkət İran hökumətinə yardım göstərən qlobal şəbəkənin əsas halqalarından birinə çevrilib. Shelbit Technologies 2023-cü ildə təsis edilib. 2024-cü ilin martında isə iranlı Siavaş Kaivanpour şirkətin rəhbəri olub.

Daha sonra şirkət Polşanın virtual valyuta fəaliyyəti reyestrində rəsmi qeydiyyata alınıb. Bu isə ona Avropa İttifaqı ölkələrində qanuni fəaliyyət göstərmək və kvazibanklarda hesablar açmaq imkanı verib.

Hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, Polşa şirkəti İrana ümumilikdə 4 milyard dollar məbləğində vəsaitin sanksiyalardan yayındırılmasına kömək edib. Bu vəsaitlərin İran Mərkəzi Bankı, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və qanunsuz onlayn oyunlarla əlaqəli olduğu bildirilir.

                                                                 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 17 24 27 6 26

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.