İran ABŞ-ın Avropadakı hərbi obyektlərini hədəfə ala bilər
İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir. Loading.Az
xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, İran ötən ay aviabazasının ABŞ-a məxsus tanker təyyarələri tərəfindən istifadəsinə icazə verən Bolqarıstan kimi Cənub-Şərqi Avropa ölkələrindəki ABŞ obyektlərinə zərbə endirmək ehtimalını qiymətləndirir. Bildirilir ki, mart ayında Britaniya aviabazasına pilotsuz uçuş aparatının hücum etdiyi Kipr də ABŞ-ın mümkün yeni hücumu halında İranın qisas ala biləcəyi potensial hədəflər sırasındadır.
Mənbələrin sözlərinə görə, İran qüvvələri, xüsusilə də Hörmüz boğazında sualtı fiber-optik kabellərə hücum ehtimalını araşdırıblar. Onlar həmçinin bildiriblər ki, Tehranın mümkün cavab tədbirləri Vaşinqtonun atacağı addımlardan asılı olacaq.
Qeyd olunur ki, İslam Respublikası ABŞ-ın mümkün hücumu halında cavab tədbirlərinə "heç bir məhdudiyyət qoymur".
Mənbələrdən biri bildirib: "ABŞ həddən artıq uzağa gedərsə, İran özünü hər cür müdafiə edəcək, regiondan kənara çıxacaq və Avropaya zərbə endirəcək".






