ice berg

ice berg Moda.Dəb 28-08-2026, 23:00

Bu payız qarderobunuzu belə yeniləyin: Dəbli görünməyin 7 sirri

Bu payız qarderobunuzu belə yeniləyin: Dəbli görünməyin 7 sirri

2026-cı ilin payızında rahatlıqla eleqantlığın vəhdəti dəbin əsas istiqamətinə çevriləcək.

 

Loading.az xarici moda mediasına istinadən xəbər verir ki, yeni mövsümdə qəhvəyi, şabalıdı, tünd yaşıl, bordo və krem çalarları ön planda olacaq. Bununla yanaşı, çəhrayı, qırmızı və bənövşəyi kimi parlaq rənglərin birlikdə istifadəsi də diqqət çəkəcək.

 

Payız qarderobunun əsas geyimi iri biçimli və ya beli vurğulayan pencəklər olacaq. Pencəyi düz formalı cins şalvar, midi ətək və ya enli balaqlı şalvarla uyğunlaşdırmaq mümkündür. Xüsusilə tünd indiqo rəngli cinslər ağ və açıq rəngli modelləri əvəz edəcək.

 

Dizaynerlər bu mövsüm həddindən artıq dar və ya çox bol cinslərin əvəzinə siqaret biçimli, enli balaqlı və yüngül “balon” formalı şalvarlara üstünlük verirlər.

 

Bomber gödəkçələr, uzun plaşlar və iri yaxalı paltolar da mövsümün əsas seçimləri sırasındadır. Geyimin daha bahalı və baxımlı görünməsi üçün dəri çanta, iri toqqalı kəmər və nəzərəçarpan sırğılardan istifadə etmək olar.

 

Romantik üslubu sevənlər krujeva detallı koftalara, məxmər donlara, iri bantlara və tünd çiçək naxışlarına üstünlük verə bilərlər. Daha klassik görünüş üçün ətək-pencək dəstləri, sadə köynək və incə belli palto uyğun seçimdir.

 

Ayaqqabılarda rahat blok dabanlı modellər, baletkalar, mokasinlər və qısa boğazlı çəkmələr trenddə olacaq. Dəbli görünmək üçün bütün qarderobu dəyişmək lazım deyil. Mövcud geyimlərə mövsümün rənglərində bir çanta, kəmər və ya pencək əlavə etmək kifayətdir.

 

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
64 92 63 70 34 78

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.