ice berg

ice berg Şeirlər 30-08-2026, 20:00

Məndə atəş də var, pərvanəlik də

Məndə atəş də var, pərvanəlik də

Eşitdim, sevgilim, küsmüsən məndən? 

Qaçırma bülbülü öz çəmənindən.

Mənimlə düz dolan, küsǝrǝm səndən, 

Məndə dostluq da var, biganəlik də.

 

Bir sənsən bu məcnun könlümə uyğun,

Sənin camalına olmuşam vurğun,

Hər Leyli eşqinə deyiləm Məcnun,

Məndə kamal da var, divanəlik də.

 

Bütün bu dünyanı gəzdim, dolandım,

Bir səni özümə vəfalı sandım,

Sən gəzdin özgǝylə, od tutub yandım.

Məndə atəş də var, pərvanəlik də.

 

Əzəldən demişəm səninlə yaram,

Yolunda ölsəm də, bil, bəxtiyaram,

Dediyim sözümdə mən yenə varam,

Məndə kəclik də var, mərdanəlik də.

 

Vahid, bu bir sözün min lələ dəyər,

Mənə gərək deyil nə sərvət, nə zər

Təbim xəzinədir, sözlərim gövhər,

Məndə gənclik də var, piranǝlik də.

 

✍🏻 Əliağa Vahid

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
77 61 50 92 71 62

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.