ice berg

ice berg Heyvanlar aləmi Dünən, 15:00

Ən gözəl səsi olan quşlar – Bülbül ilk beşliyə düşmədi

Ən gözəl səsi olan quşlar – Bülbül ilk beşliyə düşmədi

Alimlər insanların quş səslərinə münasibətini araşdıraraq ən xoş səslənən quşu müəyyən ediblər.

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, Tübingen Universitetinin apardığı araşdırmada 84 nəfər Almaniyada yayılmış 123 quş növünün səsini qiymətləndirib.

 

Nəticələrə görə, birinci yeri qara qaratoyuq tutub. Onun səsi 5 mümkün baldan 4,52 bal toplayıb. Bülbül isə 4,26 balla yalnız səkkizinci yerdə qərarlaşıb.

 

İkinci yeri arı quşu, üçüncü yeri isə qarabaş ötkəm quşu tutub. İlk beşliyə həmçinin boz qaratoyuq və Nil qazı daxil olub.

 

Alimlər müəyyən ediblər ki, insanlar daha çox yumşaq, melodik, nisbətən sakit və yüksək tonlu quş səslərini xoşlayırlar. Kəskin və çox gur səslər isə daha aşağı qiymət alıb.

 

Ən xoşagəlməz səs isə adi alabayquşuna aid olub. Onun səsi cəmi 1,32 bal toplayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
9 7 20 7 20 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.