ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 21-09-2026, 13:30

İş adamının nəvəsi qonşusunu güllələdi - Yenilənib

İş adamının nəvəsi qonşusunu güllələdi - Yenilənib

Ağdaşda 51 yaşlı qadın tir tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

TƏBİB-dən Sun.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pasiyentə “qarın boşluğuna yad cismin batması” diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.


Daha sonra qadın ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə olunan tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

09:40

Ağdaşda silahlı insident baş verib.

Loading.az xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib.

Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 8 20 22 27 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.