ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 21-09-2026, 16:47

Sabirabadda qəzaya düşən ailənin vəziyyəti AÇIQLANDI - Yenilənib

Sabirabadda qəzaya düşən ailənin vəziyyəti AÇIQLANDI - Yenilənib

Sabirabadda qəza keçirən ailənin vəziyyəti orta ağırdır.

Cin.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) 21.09.2026-cı il tarixində saat 08:40 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

08:47

Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Sun.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
13 24 28 18 18 8

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.