Yarı səndə,yarı məndə

Yarı məndə, yarı səndə
Sevgin olsun tək gerçəyin.
Ətrin verib hər ləçəyin,
Mən olarsam, gül-çiçəyin,
Olarsanmı, arı sən də ?
İnsan ömrü deyil qısa,
Ürəyində sevgi varsa.
Kimsə məni yaralarsa,
Təbibim ol, sarı sən də.
Qəlbim yansa, sən ol külüm,
Vermə mənə artıq zülüm.
Sevəcəyəm səni, Gülüm,
Gəl, məni sev, barı, sən də.
Gəl görüşək, sevgili yar,
Sən sevirsən, etmə inkar.
İkimizdə bir ürək var,
Yarı məndə, yarı səndə.
O ürəyə gəlim girim,
Sənə böyük eşq göstərim.
Mən ömrümü sənə verim,
Mənlə birgə qarı sən də
Ali Aziz







