ice berg

ice berg Münasibətlər Dünən, 19:00

Sevgilinizə hər səhər bu sualı verin - Mübahisəniz olmayacaq

Sevgilinizə hər səhər bu sualı verin - Mübahisəniz olmayacaq

Münasibətlər üzrə ixtisaslaşmış amerikalı psixoloq Mark Travers emosional intellekti yüksək olan cütlüklərin hər səhər bir-birinə verdiyi sualı açıqlayıb. Onun sözlərinə görə, bu sual mübahisələrin qarşısını almağa kömək etsə də, əksər insanlar onu verməyi unudurlar.

Loading.az xarici mediaya istinadla xəbər verir ki, psixoloq CNBC üçün yazdığı məqalədə bu yanaşmanı insanın gün ərzində nə qədər güc və enerjiyə sahib olduğunu öyrənmək üsulu kimi izah edib.

“Mən bunu enerji ehtiyatının yoxlanılması adlandırıram. Qənaətimcə, bu, səhərlər verilə biləcək ən faydalı və qarşı tərəfə diqqəti göstərən suallardan biridir. O, emosional intellekti nümayiş etdirir və münasibətləri möhkəmləndirməyə kömək edir”, – Travers bildirib.

“Bu gün nə qədər gücün var?”

Psixoloqun sözlərinə görə, sualın hansı formada verilməsi o qədər də vacib deyil. Əsas məsələ onun ifadə etdiyi məna, yəni “Bu gün nə qədər gücün var və səndən nə gözləyə bilərəm?” sualına cavab almaqdır.

Bəzi cütlüklər vəziyyətlərini rəqəmlərlə ifadə edirlər: “bu gün enerjim təxminən 60 faizdir, bəs sənin?”

Digərləri isə "günün yüngül keçəcək, yoxsa ağır?” və ya “enerji ehtiyatın nə yerdədir?” deyə soruşurlar.

Travers qeyd edib ki, bəzi cütlüklər günlərini hava şəraitinə bənzədərək təsvir edir, yaxud hazırda daxilən hansı fəsli yaşadıqlarını soruşurlar.

Sadə sual münasibətlərə necə kömək edir?

Psixoloqun fikrincə, belə bir suala insan hisslərini dərindən təhlil etmədən də tez və dürüst cavab verə bilər. Bu kiçik səhər vərdişi tərəflərin bir-birinin vəziyyətini anlamasına və mümkün mübahisələrin qarşısını almasına kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
5 8 7 13 2 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.