ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 17:53

Mingəçevirdə işıq olmayacaq - SƏBƏB

Mingəçevirdə işıq olmayacaq - SƏBƏB

Sentyabrın 24-də Ağdaş və Mingəçevirdə bir sıra hava xətlərində təmir və xəttə toxunan ağacların budanması işləri aparılacaq.

Cin.az xəbrə verir ki, Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq "Şıxlı" və "Kotavan" hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək və 13:00-dan 17:00-dək şəhər ərazisində Ərəş və İbrahim Qaradağlı küçələri, həmçinin rayonun Ağzıbir, Aşağı Zeynəddin, Xınaxlı, Kotavan, Qaraoğlan, Qumlaq, Mürsəl, Pirəzə, Şıxlı, Yeniarx kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Mingəçevir EŞ-yə daxil olan 6 kV-luq hava xəttində təmir və elektrik xəttinə toxunan ağacların budanması işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək şəhər ərazisində 20 Yanvar, Müslüm Maqomayev küçələrində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 14 13 15 4 5

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.