ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 21:05

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir.

Take.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb.

Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərindən biri də qəsəbənin abadlaşdırılması işlərinə yerli sakinlərin cəlb olunmasıdır.

Qeyd edək ki, Bakı Abadlıq Xidməti 2020-ci ildən Əmircanda genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirir. Bunlardan ən mühümü Bülbülə gölü ətrafında salınan bulvar layihəsidir.

İlkin mərhələdə gölün ətrafında bir kilometr uzunluğunda bulvarın salınması nəzərdə tutulub. Layihənin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
6 8 6 0 8 6

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.