Azərbaycan millisi bu gün Lixtenşteynlə oynayacaq
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununa çıxacaq.
Take.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan milli komandamız 2-ci turda Lixtenşteynlə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristian-Petru Çoçirka olacaq.
Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub.







