ice berg

ice berg Maraqlı Dünən, 15:22

Napoleonun şifrəsini niyə 217 il ərzində oxumaq mümkün olmayıb?

Napoleonun şifrəsini niyə 217 il ərzində oxumaq mümkün olmayıb?

Napoleonun generalına göndərdiyi şifrəli məktubu 217 il ərzində oxumaq mümkün olmayıb. Buna səbəb isə şifrənin yalnız xüsusi “açar”la açılmasıdır.

 

Loading.az xarici mediaya istinadla bildirir ki, bu barədə tarix elmləri namizədi, dosent və Dövlət Akademik Humanitar Elmlər Universitetinin rektoru Nikolay Promıslov açıqlamasında danışıb.

 

Tarixçinin sözlərinə görə, XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yazışmalarda bir neçə şifrələmə üsulundan istifadə olunurdu. Ən geniş yayılmış üsullardan biri sözlərdəki hərflərin əlifbada onlardan sonra gələn hərflərlə əvəz edilməsi idi.

 

Promıslov bildirib ki, belə şifrələri açmaq üçün mütləq açar lazım idi. Bu açar müəyyən bir kitab və ya kod sözü ola bilərdi. Əgər şifrəni açmağa çalışan şəxs həmin kitabı və ya kod sözünü bilmirdisə, mesajı oxumaq son dərəcə çətinləşirdi.

 

Onun sözlərinə görə, düzgün kod sözünü tapmaq üçün çoxsaylı variantları ardıcıl yoxlamaq lazım gəlirdi. Kitab əsasında qurulan şifrələrdə isə vəziyyət daha mürəkkəb idi, çünki mümkün kitabların sayı həddindən artıq çoxdur.

 

Tarixçi qeyd edib ki, süni intellektin əsas üstünlüyü məhz böyük həcmdə təkrarlanan əməliyyatları sürətlə yerinə yetirə bilməsidir. Bu xüsusiyyət mürəkkəb şifrələrin açılması kimi tapşırıqları daha qısa müddətdə həll etməyə imkan verir.

 

Qeyd edək ki, Fransa imperatoru I Napoleonun (1769–1821) general Oqüst Frederik Lui Marmona göndərdiyi şifrəli məktub 217 ildən sonra süni intellektin köməyi ilə oxunub. Məlumata görə, şifrəni ABŞ-ın “SentinelOne” şirkətində çalışan süni intellekt mühəndisi Karter Çörç açıb. Bunun üçün “OpenAI GPT-6 Astra” sistemindən istifadə olunub və neyroşəbəkə simvolları təxminən altı saat ərzində təhlil edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
16 25 6 14 21 13

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.