ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 4-10-2026, 18:47

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib.

Take.az xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir.

Amerika hərbçiləri "Alovlu avanqard" əməliyyatı çərçivəsində Texas ştatındakı Rio-Qrande çayı vadisi ərazisində yerləşdirilib. Meksika rəsmiləri qeyd edib ki, bu addımlar sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və potensial təhdidlərin aşkarlanması üzrə imkanların genişləndirilməsinə yönəlib.

Öz növbəsində, Meksika HDQ "Qılınc" əməliyyatı çərçivəsində Tamaulipas ştatındakı sərhədyanı Matamoros şəhərinə 159 hərbçi, 11 nəqliyyat vasitəsi və iki pilotsuz uçuş aparatı (PUA) göndərib.

Mexikoda vurğulayıblar ki, iki ölkənin qarşılıqlı fəaliyyəti suverenliyə hörmət və qarşılıqlı etimad əsasında reallaşdırılır. Meksika HDQ şimal sərhədində patrul xidmətini davam etdirəcək, tərəflər arasında məlumat mübadiləsi isə müəyyən olunmuş kanallar vasitəsilə həyata keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
14 16 20 7 21 14

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.