ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 18:09

Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər

Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər

Respublika üzrə məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Take.az  xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satınalma prosesi elan edilib.

Layihə çərçivəsində işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 7 milyon 886 min manat müəyyənləşdirilib.

Məlumata əsasən, Bakı və Sumqayıt şəhərlərində görüləcək işlər arasında məktəbəqədər təhsil müəssisələrinin binalarında əsaslı təmir, kommunal-kommunikasiya sistemləri ilə bağlı işlər və abadlıq tədbirləri yer alır.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması bağçaların fiziki vəziyyətinin yaxşılaşdırılmasına, uşaqlar üçün daha təhlükəsiz və rahat mühitin yaradılmasına, həmçinin köhnəlmiş bina elementlərinin yenilənməsinə imkan verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 6 3 4 12 12

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.