Şəkidə avtomobillər toqquşdu - Biri yanıb kül oldu
Şəkidə iki avtomobil toqquşub, biri yanıb.
Take.az xəbər verir ki, hadisə günorta saatlarında Şəkinin Küdürlü kəndində qeydə alınıb.
Belə ki, 46 yaşlı Cəsarət Ağalarova məxsus “QAZ-24” və 59 yaşlı Səfər Şabanova məxsus “Ford” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində “QAZ-24”də yanğın başlayıb. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
Yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hadisə zamanı 1 nəfər - “Ford”da olan sərnişin yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.







