ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Azərbaycan 10-10-2026, 22:51

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi

Azərbaycanda orta ömür uzunluğu artsa da, qeyri-yoluxucu xəstəliklərin payında da artım müşahidə olunur.

Duz.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda bildirib.

Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkil etdiyi tədbirdə çıxış edən şöbə müdiri son illərin tibbi-bioloji mənzərəsində qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini vurğulayıb.

Onun sözlərinə görə, dünyada orta ömür uzunluğu 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77 ili ötüb.

“Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə Ramik Quliyev qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 8 18 7 16 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.