ice berg

ice berg Münasibətlər 13-10-2026, 21:00

Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər

Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər

Birlikdə idman edən cütlüklərdə rəqabət və müqayisə hissinin yaranması münasibətlərdə gərginliyə səbəb ola bilər. Psixoloq bu amilin zamanla tərəflər arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib.

Klinik psixoloq Yevgeniya Zmirenkovanın sözlərinə görə, məşq zamanı yaranan fiziki və emosional stress tərəflərin bir-birini nəticələrinə görə müqayisə etməsinə gətirib çıxara bilər.

Mütəxəssis qeyd edib ki, cütlüklər idman zamanı rəqabətə köklənə və tərəf müqabilindən gözləntilərini artıra bilərlər. Bu vəziyyət davamlı xarakter aldıqda münasibətlərdə də "rəqabət rejimi" formalaşa bilər.

Psixoloqun fikrincə, idman daha çox mübarizə və nəticəyə yönəlmə tələb etdiyi halda, sağlam münasibət qarşılıqlı dəstək, anlayış və qəbul üzərində qurulur.

Bununla yanaşı, məşqlərin stress hormonunun səviyyəsinin azalmasına və əhvalın yaxşılaşmasına kömək etdiyi də qeyd olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
31 13 21 25 15 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.