ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 26-11-2017, 15:27

İKİMİZİN YERİNƏ...

İKİMİZİN YERİNƏ...
İKİMİZİN YERİNƏ...


Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.


İKİMİZİN YERİNƏ...


Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı yaman fərqini,
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.


İKİMİZİN YERİNƏ...


Gül deyirəm gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqların inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə.


İKİMİZİN YERİNƏ...


Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
875 777 745 680 677 731

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.