ice berg

ice berg Şeirlər Dünən, 23:00

Zəhər yağır sən olmayan həyata

Zəhər yağır sən olmayan həyata

Elə,indi ayılmışam yuxudan

Gözlərimi zilləmişəm saata.

Yoxluğunda əqrəb gəzir elə bil,

Zəhər yağır sən olmayan həyata.

 

Bu bəxtsizim gündüzü də gecədir

Bilmirlər,nə vaxt yatır nə vaxt ayılır.

Əgər səni qaytarmırsa dualar,

Bu,Allahın vaxtın almaq sayılır..

 

Darıxmışam sən getdiyin yolların

Döngəsində gözləməyə,görməyə

Bir gün yenə külək olub dönərəm,

Tellərində min bir sevgi hörməyə. 

 

Darıxmışam küçənizdən keçəndə.

Siz tərəfə boylanmağa baxmağa

Allah kəssin belə ağıllanmağı..

Darıxmışam səni sevən axmağa.

 

Anar Ramazan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
3 4 2 9 7 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.