Mourinyo Arda Güleri elə təriflədi ki...
"Real"ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında "Leypsiq"lə oyundan əvvəl danışıb.
Loading.az-ın xarici mediaya istinadən xəbərinə görə, Mourinyo Arda Güler haqqında deyib: "Arda əla formadadır, onun oyunundan məmnunam. Ümid edirəm ki, belə davam edəcək".
"PSJ-ni məğlub edəcək komandani gözləyirik"
Rəqibi “Leypsiq” haqqında şərh verən Mourinyo deyib: "”Leypsiq”dən “Bavariya”ya qarşı oynadığı oyunu (6-1) gözləmirik; PSJ-ni məğlub edəcək komandanı gözləyirik".
“Sevilya” oyunu ilə bağlı şərh verən məşqçi deyib: "Bir neçə gün ərzində 3 oyun qazandıq və düşünürəm ki, “Sevilya” üzərindəki son qələbəmizdə çox yaxşı oynadıq. Hər cəhətdən çox yaxşı bir performans idi".
Arda Güler və Valverde haqqında şərh verən portuqaliyalı məşqçi bildirib: "Onlar üçün ən yaxşı mövqe meydanda olmaqdır. Hər ikisinin fərqli təcrübələri var. Çox yönlü olmaq və müxtəlif mövqelərə uyğunlaşmaq qabiliyyətinə malikdirlər. Arda əla formadadır, onun performansından məmnunam. Ümid edirəm ki, belə də davam edəcək. Valverde də hər gün öz keyfiyyətini hər kəsə göstərir. Bunu izah etməyə ehtiyac yoxdur".







