ice berg

ice berg Texnologiya 22-10-2026, 20:00

OPPO-dan 200 meqapiksellik kameraya malik yeni smartfon

OPPO-dan 200 meqapiksellik kameraya malik yeni smartfon

Çinin “OPPO” şirkəti “Find X10” smartfon seriyasını oktyabrın 21-də qlobal bazara təqdim edəcək.

 

Loading.az xəbər verir ki, seriyanın ən güclü modeli olan “Find X10 Pro Max” üç 200 meqapiksellik arxa kamera ilə təchiz olunacaq.

 

Şirkətin məlumatına görə, əsas, ultra genişbucaqlı və telefoto kameraların hər biri 200 meqapiksellik sensora malikdir. Bu, yüksək detallı fotoşəkillər çəkməyə və təsvirləri böyüdərkən detalları daha yaxşı qorumağa imkan verəcək. “Pro Max” modeli saniyədə 120 kadr sürətlə 4K, həmçinin 30 kadr sürətlə 8K video çəkilişini dəstəkləyəcək.

 

“Find X10” “MediaTek Dimensity 9600M”, “Pro Max” isə “Dimensity 9600 Pro” prosessoru ilə təchiz ediləcək.

 

Hər iki modeldə 8000 milliamper-saatlıq batareya və “ColorOS 17” əməliyyat sistemi nəzərdə tutulub. Bununla belə, bəzi bazarlarda batareya tutumu 7150 milliamper-saat olacaq.

 

Yeni seriyada süni intellekt əsaslı “AI Mind Pilot” funksiyası da yer alacaq. Bu texnologiyanın telefondakı fayllar və fotolarla bağlı tapşırıqları daha rahat yerinə yetirməyə kömək edəcəyi bildirilir.

 

Şirkət qiymətləri və satış tarixlərini oktyabrın 21-də açıqlayacaq. “Find X10” seriyası artıq Çin bazarında təqdim edilib, qarşıdakı tədbir isə beynəlxalq satışlarla bağlı olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
23 20 31 21 20 13

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.