Şikayətim var
📍Süleyman Rüstəm - Şikayətim var
Mən sevim, sən sevmə, qoy belə olsun.
Sənə sev deməyə nə cürətim var?
Ürək özünündür özün bilərsən!
Mənimsə əhdimdə sədaqətim var..
Məntək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevda,
Ölsəm də açmaram sirrimi yada,
Səndən yar, sənə yar şikayətim var..
Yaxşı tanımırsan məni hələ sən,
Yar, saldın aşiqi dildən-dilə sən.
Neyləyim mən belə, sən də eləsən,
Mənim çox dözümlü məhəbbətim var...







