ice berg

ice berg Texnologiya Dünən, 17:00

Maskdan qorxunc proqnoz: Süni intellekt özü özünü idarə edəcək

Maskdan qorxunc proqnoz: Süni intellekt özü özünü idarə edəcək

Milyarder iş adamı İlon Mask amerikalı yazıçı Uolter Ayzeksona verdiyi müsahibədə süni intellektin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Loading.az xəbər verir ki, gələcəkdə pulun əhəmiyyətini itirəcəyini düşünən Mask varlı insanların belə süni intellekti idarə edə bilməyəcəyini bildirib.

“Məncə, süni intellekt özünü özü idarə edəcək”, – o deyib.

“İnsanların gördüyü, lakin süni intellekt və robotların daha yaxşı bacarmayacağı heç bir iş qalmayacaq”, – Mask qeyd edib.

Onun sözlərinə görə, insanlar işləməsələr belə, müxtəlif hobbilərlə məşğul olaraq xoşbəxt olmağın yollarını tapa biləcəklər.

Mask süni intellektə nəzarət üçün xüsusi qurum və qaydaların yaradılmasının uzun vaxt aparacağını da vurğulayıb. O, süni intellekt modelləri istifadəyə verilməzdən əvvəl şirkətlərin rəqiblərindən sistemləri sınaqdan keçirmələrini istəməsini təklif edib.

Maskın fikrincə, rəqiblər bu məsələdə bir-birinə dürüst yanaşacaqlar. O bildirib ki, əgər rəqib şirkət süni intellekt vasitəsilə nüvə bombası hazırlamağın mümkün olduğunu desə, sistemi istifadəyə verməzdən əvvəl müvafiq dəyişikliklər etmək lazım gələcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
17 7 9 20 11 13

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.