ice berg

ice berg Xəbərlər 25-10-2026, 13:33

Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI

Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

 

Loading.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-15, gündüz 17-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
18 22 22 28 14 26

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.