Th30

Th30 Xəbərlər Dünən, 17:00

Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilib

Türkiyənin böyük hissəsində oktyabrın 28-dən etibarən güclü leysan yağışlarının təsirli olacağı gözlənilir.

"Loading.az" xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar 20 vilayət üçün sarı, Muğla vilayəti üçün isə narıncı xəbərdarlıq kodu elan edib.

Sarı xəbərdarlıq Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Denizli, Diyarbakır, Elazığ, Gaziantep, Isparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Muğla, Şanlıurfa, Tunceli və Batman vilayətlərini əhatə edir.

Məlumata görə, oktyabrın 29-da Respublika Günü münasibətilə İstanbulda güclü leysan yağacağı, Ankarada isə yağışlı havanın davam edəcəyi gözlənilir. Bəzi bölgələrdə sel, subasma və güclü külək təhlükəsinin olduğu bildirilib.

Qeyd edək ki, sarı xəbərdarlıq potensial təhlükəli hava hadisələrini, narıncı xəbərdarlıq isə təhlükəli meteoroloji şəraitin gözlənildiyini bildirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 4 14 22 12 28

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.