Aforizm (5)
- Süleyman mülkünü axtarma ki, o, hardadır,Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır?– Nizami Gəncəvi
- Sən eşitdiklərinə inanırsan; söylənməyənə inan! Çünki insanın səssizliyi, sözlərdən daha yaxındır həqiqətə. – Cübran
- Bilmək kifayət deyil,bildiklərimizi tətbiq etməliyik.Arzulamaq kifayət deyil,arzularımızı həyata keçirməliyik. – İ. V. Höte
- Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. –C.Oppenheym
- Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa? – Nazim Hikmət
- DUA'sız üşüyərmiş ürəklər. Sənə bir DUA edən olsun, sənin də bir DUA etdiyin. Bilməzsən hansı sınıq ürəyin DUA'sıdır qaranlıqlarını işıqlı edən. – Mövlana
- Sözün qiymətini " Lal " olandan, Çörəyin qiymətini " Aç " olandan, Eşqin qiymətini " Heç " olandan öyrənməli insan… – Ş. Təbrizi
- Sənə vüqar bəxş edən sükut, sənə ar paltarı geydirəcək danışmaqdan yaxşıdır. – Hz. Əli.(ə.)
- Allahın ən gözəl əsəri könüldür.Qalan hər şey ancaq əsərin əsərləridir. – Mövlana
- Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.
Oşo






