Th30

Th30 Avto Dünya Dünən, 10:00

Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA

Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA

Yaponiyanın avtomobil istehsalçılarının Avropaya gəlişi ötən əsrin 60-cı illərinə təsadüf edir. Köhnə qitənin bazarına ilk ayaq basan 1961-ci ildə Honda oldu. 2il sonra Toyota, 1967-ci ildə Mazda, 1970-ci ildə Suzuki gəldi. 1986-cı ildə isə Nissan Britaniyada ilk zavodunu açdı.

Loading.az xəbər verir ki, 60 ildə yaponlar bazarda müəyyən paya sahib oldular. İş adamları zavodlar açdılar, diler şəbəkəsi qurdular və uzun illər sonra sadiq müştəri bazası formalaşdırdılar. Möhkəmlənmənin əsas səbəbi yapon avtomobillərinin keyfiyyətlə bağlı yüksək reputasiyası idi.
Son illərədək çoxları belə düşünürdü ki, yaponların qurduğu sistemi qırmaq mümkün deyil. Lakin, belə deyilmiş.

“Dataforce” qrupunun məlumatına görə, 2026-cı ilin üçüncü rübündə Çin avtomobillərinin Avropada bazar payı 12,7 faiz olduğu halda, yapon modellərinin payı 11,9 faiz olub. İlk dəfədir rüb ərzində çinlilər yaponları qabaqlayırb. Sentyabrda isə çinlilərin bazar payı rekord həddə olub – 14,5 faiz, və ya 195 000 avtomobil.

Müqayisə üçün deyək ki, 5il əvvəl Çin avtomobillərinin bazar payı cəmi 1 faiz idi. Yaponlar Çin qarşısında məğlub olan yeganə asiyalı deyillər.ilk yarım ildə “Hyundai” və “Kia”nın avropa bazarında payı 7,3 faizə enib. Halbuki, pandemiya və post-pandemiya dövründə Avropa markalarının satışları gerilədiyi dövrdə, koreyalıların satışları artırdı.

Çinlilərin yalnız elektromobil hesabına bazarlara nəzarəti əlıə aldığını düşünmək də doğru olmaz. Onlar adi və doldurulabilən hibridlərin satışında da ciddi uğur əldə edə biliblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 14 19 19 0 27

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.