Kukulka

Kukulka Mətbəx 28-11-2017, 14:07

Ciyəri bu cür bişirsəniz, DADINDAN DOYMAYACAQSINIZ

Ciyəri bu cür bişirsəniz, DADINDAN DOYMAYACAQSINIZ




Ciyəri bu cür bişirsəniz, DADINDAN DOYMAYACAQSINIZ

Mal və qoyun ciyəri həm ləzzətli, həm də sağlamlığa faydalı olması baxımından çox yeyilən bir qidadır. Amma onu bişirmək elə də asan deyil. Ləzzətli ciyər bişirmək üçün bəzi nüanslara diqqət etmək lazımdır. Bizde sizə dadlı və asan ciyər hazırlamanın bəzi məqamlarını diqqətinizə çatdırıriq.

Təzəliyi əhəmiyyətlidir

İlk olaraq ciyəri güvəndiyiniz bir qəssabdan alın. Diqqət edin ki, ciyər ən çox bir günlük olsun.

Mal ciyərini südlə marinə edin

Südlə marinə edilmiş mal ciyəri yumşaq və dadlı olacaq. Bunun üçün ciyəri bişirməzdən 1 və ya 2 saat əvvəl süddə saxlayın.

Damarlarını təmizləyin

Ciyərdə olan damarları təmizləməyiniz məsləhətdir. Bunun üçün əlinizlə yoxlayın, sərt olan qismlərin damar olduğunu anlayıb təmizləyə bilərsiniz.

Suda saxlamayın

Əgər quzu ciyəri almısınızsa, suda saxlamağınız məsləhət deyil. Hətta yuyarkən belə, sudan azca keçirin, çünki ciyər suda çox qalsa dadsız və sərt olar.

Keşniş toxumu qatın

Ciyəri bişirərkən ona bir az keşniş toxumu qatın. Belə olduqda ciyərin ağır qoxusu tamamilə itəcək.

Quyruq yağı

Ciyəri quyruq yağı ilə bişirmək ayrı bir ləzzətə sahib olmasını təmin edəcək. Tavada bişirəcəyiniz ciyərin üzərinə bir sıra quyruq yağı düzsəniz, dadından doymayacaqsınıız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 606 600 527 497 644

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.