Ulyaa

Ulyaa Avto Dünya Bu gün, 15:00

Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu

Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu

“Tesla” şirkətinin baş direktoru İlon Mask “Cybertruck” elektrik pikaplarının istehsalının 2027-ci ilin ortalarında azaldılaraq dayandırılacağını açıqlayıb.

Loading.az xəbər verir ki, Maskın sözlərinə görə, şirkətin Texas ştatındakı “Gigafactory” zavodunda istehsal gücü yeni “Cybercab” robotaksilərinin istehsalının artırılmasına yönəldiləcək.

Bununla belə, “Cybertruck” istehsalının tamamilə dayandırılacağı, yoxsa başqa zavoda köçürüləcəyi hələ məlum deyil.

2019-cu ildə təqdim edilən “Cybertruck” 2023-cü ilin sonlarında satışa çıxarılıb. Lakin futuristik dizaynına baxmayaraq, avtomobil gözlənilən satış göstəricilərinə çata bilməyib. ABŞ-da 2025-ci ildə cəmi 20237 ədəd “Cybertruck” satılıb ki, bu da 2024-cü illə müqayisədə 48 faiz azdır.

Model satışa çıxarıldıqdan sonra bir neçə dəfə geri çağırılıb və keyfiyyət problemləri ilə gündəmə gəlib. Qeyri-adi dizaynı və təhlükəsizlik tələbləri səbəbindən avtomobil Avropa bazarına da daxil ola bilməyib.

Mask “Cybertruck” istehsalının azaldılmasını “bir dövrün sonu” adlandırsa da, bu avtomobillərin uzun illər yollarda qalacağını bildirib.

Şirkət hazırda əsas diqqətini sükan və pedalları olmayan, tam avtonom idarəetmə üçün nəzərdə tutulan ikiyerlik “Cybercab” modelinə yönəldir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
6 14 7 10 6 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.