ice berg

ice berg Şeirlər Dünən, 23:00

Yolun başlanğıcı belə deyildi

Yolun başlanğıcı belə deyildi

📕 Səlfinaz Məmmədova

- Dünyadan köçən atasınının xatirəsinə həsr olunur:

Yolun başlanğıcı belə deyildi,
Dərdim itilənib kəsir qolumu.
Bilmirəm bu şüşə, bu tikan nədi?
Çıxır qabağıma,kəsir yolumu...

Yolun başlanğıcı belə deyildi,
Yağışlar alovu dayandırardı.
Yolun əvvəlində günəş var idi,
Saçardı yoluma, nurlandırardı.

Yolun başlanğıcı belə deyildi,
Yolun kənarında salxım söyüdlər,
Yolun əvvəlində bir qız var idi,
Xoşbəxtlik gözündən səmaya qədər.

Yolun başlanğıcı belə deyildi,
Sağımda kərpic ev, solum dəyirman.
O qız xoşbəxt idi, o qız gülürdü,
Axırdı həyası yanaqlarından.

Yolun başlanğıcı belə deyildi...
Bir ata qızını öpərdi hər gün,
Anası saçına hörük düzərdi,
Vurardı başmağın bağına düyün.

Yolun başlanğıcı belə deyildi!
Yolun ortasında gördüm o qızı,
Gördüyüm baxışlar həmən deyildi,
Gecənin zülməti bəbək qarası.

Gecənin qoxusu gəlirdi ondan,
Ləblərdə təbəssüm, gözləri satqın.
Dərdin nə olduğun əgər soruşsan,
Taleyin danışsa sönər həyatın...

Gecənin qoxusu gəlirdi ondan,
Satırdı baxışlar, gizlədərdi o.
Yaman dəyişmişdi doğulduğundan,
Payızın gəlişin hiss edərdi o...

Gecənin qoxusu gəlirdi ondan!
Sanki həyat ilə savaşırdı o,
Cavab gözləyirdi sanki həyatdan,
Cavab gəlmədikcə qızışırdı o...

Gecənin qoxusu gəlirdi ondan!
Keçmişin kölgəsi düşür gözünə,
Dindirib dərdini əgər soruşsan,
Yüz ilin kədəri çökər üzünə...

Keçmişin kölgəsi düşür üzünə,
Günəş şəfəqindən qızına bilmir.
Atanın, ananın nəvazişinə...
Doymayıb, içindən kədər silinmir.

Doymayıb, içindən kədər silinmir,
Silinmir o günlər, silinmir o yol.
Keçmiş vərəqlənir gözündə bir bir,
Dumanın içində bilinmir o yol.

Zaman unutdurur təsəllidirmi?
Zamanın nə həddi, nə hüdudu var!
Zaman birləşdirər mənə dərdimi,
Mənə unutdurmaz, məni unudar!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
11 7 10 4 10 6

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.