Th30

Th30 Şeirlər Bu gün, 13:00

Öz baxışım var.

Öz baxışım var.

Qınama gəl məni, demə ki, sərtəm,
Şişəyim, tufanım, qar, yağışım var.
Bəlkə duymursan misralarımla,
Minlərlə ürəyə bil, axışım var.

Mənə öyüd vermə həyatdan, yaşdan,
Naxələf insandan, yardan, yoldaşdan,
Qoy alım zövqümü qayadan, daşdan,
Mənim bu dünyaya öz baxışım var.

Təravət duyuram güldə, çiçəkdə,
Naz,qəmzə görürəm hər bir ləçəkdə.
Neçə sevən qəlbdə, neçə ürəkdə,
Sevgidən yüz ilməm, min naxışım var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1 1 1 3 10 2

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.