Th30

Th30 Şeirlər Bu gün, 15:00

Şeirim

Şeirim

Yanıb atəşlərə, yanıb odlara,
Sevən ürəklərdə alışar şeirim.
Süzülər qəlblərə sərin su kimi,
Insanin qəlbiylə danışar şeirim.

Sevgidən danışar,eşqdən söz açar,
Nakam könüllərdə alov,köz açar.
Bəzən Günəş olar yerə nur saçar,
Sellərə, sulara qarışar şeirim.

Pislərə, nakora qənim kəsilər,
Ondan çəkinərlər nanəcib kəslər.
Yaxşını doğmatək qoynunda bəslər,
Küsməz, yaxşılarla barışar şeirim.

Verməz bir anını mənasız yelə,
Şirin duyğuları gətirər dilə.
Bir bu dünyadan mən köçsəm belə,
Səmada ulduztək sayrışar şeirim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
0 4 3 7 3 4

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.