ice berg

ice berg İdman Bu gün, 20:00

Məşhur məşqçi FIFA prezidenti ola bilər

Məşhur məşqçi FIFA prezidenti ola bilər


Londonun “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.

Loading.az xəbər verir ki, 77 yaşlı mütəxəssis yekun qərarını bu həftənin ortalarında verəcək.

Məlumata görə, FIFA-nın hazırkı prezidenti Canni İnfantinonun əleyhdarları Vengeri qarşıdakı seçkilərdə namizəd olmağa razı salmağa çalışırlar.

FIFA prezidentliyinə seçkilər 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. Namizədlərin qeydiyyatı noyabrın 18-də başa çatacaq.

Hazırda Venger FIFA-nın qlobal futbolun inkişafı üzrə direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, fransalı mütəxəssis 1996–2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Onun dövründə London klubu üç dəfə İngiltərə çempionu olub, yeddi dəfə ölkə kubokunu və yeddi dəfə Superkuboku qazanıb.

“Arsenal” həmçinin Vengerin rəhbərliyi altında Çempionlar Liqası və UEFA Kubokunun finalına yüksəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
6 8 2 0 0 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.