ice berg

ice berg Xəbərlər Bu gün, 18:49

Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

Loading .aZ xəbər verir ki, Ərdoğan bu barədə Türkiyənin Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində çıxışı zamanı bildirib.

 

Türkiyə Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşə konfransın hazırlıqlarına göstərdiyi dəstəyə, Avstraliyanın Baş naziri Entoni Albanizə isə COP31 üçün hazırlanmış yeni tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

 

O, həmçinin, əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Braziliyaya və Azərbaycana təşəkkür edib: “Əvvəlki COP sədrliklərinin təcrübələrini bizimlə bölüşən Braziliyaya və can Azərbaycanımıza da ayrıca təşəkkürümü bildirirəm. Türkiyə olaraq COP Liderlər Sammitinə ilk dəfə ev sahibliyi etməyin haqlı qürurunu yaşayırıq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1 5 2 7 2 4

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.