ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 19:28

Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu

Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu

Kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən, barəsində 48 iş üzrə həbs qərarı olan Mehmet Recep Demir Azərbaycanda tutulub.

Cin.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi və Türkiyənin digər media qurumları rəsmi dövlət orqanlarına istinadən məlumat yayıb.

Bir neçə ay əvvəl Demirin Azərbaycana gizli keçdiyi barədə məlumatlar yayılmışdı.

Bir müddət sonra isə onun Azərbaycanda guya silahlı hücum nəticəsində həyatını itirdiyi barədə dərc edilmiş məlumatların yalan olduğu və təqiblərdən yayınmaq üçün qəsdən yayıldığı hazırda məlum olur.

Mehmet Recep Demirin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanda gizləndiyi müəyyən edilərək həbs edildiyi və məhkəmə qərarı ilə DTX təcridxanasında saxlanıldığı müəyyən edilib.

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Avropa və Asiya məkanında şəbəkəyə çevrilmiş “Boyunlar” (və ondan ayrılmış “Daltonlar”) kriminal təşkilatı barədə istintaq aparılır.

“Türkiyə Baş Prokurorluğu Demirin barəsində ekstradisiya sorğusu hazırlayıb Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.” – məlumatda bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 12 4 5 8 7

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.