ice berg

ice berg Texnologiya 15-11-2026, 06:00

Süni intellekt çipləri daha az elektrik enerjisi sərf edə bilər – Yeni texnologiya

Süni intellekt çipləri daha az elektrik enerjisi sərf edə bilər – Yeni texnologiya

ABŞ alimləri süni intellekt sistemləri üçün daha az enerji sərf edən mikroçiplərin hazırlanmasına kömək edə biləcək yeni material texnologiyası yaradıblar.

 

Loading.az xəbər verir ki, bu barədə “ScienceDaily” Braun Universitetinin tədqiqatına istinadən məlumat yayıb.

 

Alimlər eyni vaxtda elektrik və maqnit xüsusiyyətlərinə malik olan multiferrik materialların çox nazik təbəqələrini hazırlamaq üzərində çalışıblar. Əvvəllər belə materiallar həddindən artıq nazildikdə mühüm fiziki xüsusiyyətlərini itirirdi.

 

Tədqiqatçılar yeni üsulla bu məhdudiyyəti aradan qaldıraraq vismut ferrit adlı materialın atom ölçülərinə yaxın qalınlıqda belə elektrik və maqnit xüsusiyyətlərini qoruyub saxlamasına nail olublar.

 

Alimlərin fikrincə, bu materiallar gələcəkdə məlumatların daha az enerji ilə emal edilməsinə və saxlanılmasına imkan verə bilər. Texnologiyanın süni intellekt çiplərində geniş istifadəsi üçün əlavə mühəndislik və sınaq mərhələləri tələb olunur.

 

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
37 39 34 35 45 41

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.