Dəli məktubu
Salam gülüm necəsən?
Yatmışdım ey yenə mən.
Çox pis yuxu görmüşəm,
Dedim görüm necəsən?
Təsəvvür et yuxuda,
Dəlixanaya düşdüm.
Bəm bəyaz bir otaqda,
Bəyazlara büründüm.
Sənəddə yazıya bax,
Guya xəyanət edib
Məni başı havalı,
Sən özgəyə getmisən,
Mən də başı bəlalı,
Dözməmişəm yoxluğa,
Səni görüb toyunda
Ağlımı itirmişəm
Sonra da gətiriblər,
Məni dəlixanaya.
Belə yuxumu olar?
Yuxudan ayılmıram,
Cəhd etsəmdə oyanım,
Alınmır, bacarmıram.
Yuxudan oyansam da, .
Dəlixana görürəm.
Bunlar mənə inanmır
İnanmır ki, yatmışam,
Sən xəyanət etmərsən
Deyə-deyə qalmışam.
Yuxuda yazıram mən,
Məktubumu alarsan,
Məni də oyadarsan...
Qurban Maharram






