SƏNDƏN ÖTRÜ
Hər şey – sən
Çünki döyəcəyim ilk qapı da sənsən, bir saniyə belə eşitsəm, dünyaları qazanacağım o səsin sahibi də.
Yeməyimin duzu da sənsən, şirinçayımın şəkəri də.
Gecələr üstümü sevgisi ilə örtən də sənsən, hər səhərimi aydınladan günəşin şəfəqləri də.
Adını kitab səhifələrində görəndə altını xətlədiyim də sənsən, radioda Hüseynağa Hadıyevlə Rafiq Hüseynov oxuyarkən ağlıma düşən də.
Bir gün kimsəsiz adaya düşsəm, yanıma alacağım üç şeyin üçü də sənsən, nağıllarda göydən üç alma düşür ha, bax o almaları paylaşmaq istədiyim də.







