Kukulka

Kukulka Mətbəx 2-12-2017, 14:46

Balqabaqdan fərqli şirniyyat hazırlayın - RESEPT

Balqabaqdan fərqli şirniyyat hazırlayın - RESEPT




Adətən balqabaqdan xörəklər hazırlayırıq, amma ondan hazırlanan şirniyyat da çox gözəl olur. Bizde sizə balqabaqlı şirniyyatın reseptini veririkik
..

Ərzaqlar:

600 qr balqabaq
3 stəkan şəkər tozu
1 stəkan su
1 stəkan çəkilmiş qoz və ya qaymaq
3-4 ədəd mixək
2-3 damcı limon suyu

Hazırlanması:

Balqabağın çəyirdəyini çıxarıb, qabığını soyaraq, iki barmaq qalınlığında dilimləyin və yuyun. Həmin dilimləri qazana yerləşdirin. Üzərinə şəkər tozu və mixək səpin. Qazanın ağzını bağlayıb bir saat saxlayın. Balqabaqlar növünə görə suyunu buraxmaya bilər, buna görə su əlavə edərək orta temperaturda 45-50 dəqiqə bişirin. Suyunu tamamən çəkən balqabaqları ilıqlaşdıqdan sonra diqqətli bir şəkildə servis boşqablarına qoyun. Üzərinə qoz və ya qaymaq qoyaraq servis edə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
593 533 563 524 515 549

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.