ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Azərbaycan 8-12-2017, 19:20

Kərə yağının qiyməti enəcək? - Gömrük rüsumları 3 dəfə azaldı

Kərə yağının qiyməti enəcək? - Gömrük rüsumları 3 dəfə azaldı


Bu gündən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.

Nazirlər Kabinetinin qərarına əsasən, idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.
İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında qərarın qiymətlərə tezliklə təsir etməyəcəyini bildirib:

“Bu gün bazarda olan məhsullar gömrük rüsumu 15% olan zaman ölkəyə gətirilib. Bundan sonra ölkəyə gətirilən məhsullarda gömrük rüsumunun 15%-dən 5%-ə düşməsi gözlənilir. Hətta, yeni il qabağı Azərbaycanda qiymətlərin düşməsi mümkün deyil. Qiymətlər bayramdan öncə həmişə qalxdığı üçün kərə yağında ciddi qiymət dəyişikliyinin olacağını düşünmürəm. Yeni ildən sonra, yanvar ayından başlayaraq qiymətlərdə cüzi dəyişikliklər olacaq. Hesablamalar göstərir ki, böyük qiymət dəyişikliyi olmayacaq. Təqribən 0.5-1 AZN. Hətta, Avrozonadan gətirilən yağların qiymətində bahalaşma da ola bilər. Çünki həm Avropada yağın qiyməti qalxıb, həm də avronun manata qarşı məzənnəsi 2 AZN-dən yüksəkdir. Məzənnə fərqinə görə, Avropadan gətirilən məhsullarda qiymətin artması ehtimalı daha çoxdur. Hər halda, başqa ölkələrdən gətirilən məhsulların qiymətində yanvar ayından sonra təqribən 0.5-1 AZN ucuzlaşma ola bilər”.

Qeyd edək ki, qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
797 792 656 761 709 744

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.