ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 9-12-2017, 23:57

Mixeil Saakaşvili aclıq aksiyasına başladı

Mixeil Saakaşvili aclıq aksiyasına başladı


Gürcüstanın eks prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili aclıq aksiyasına başlayıb.

Metbuat.az-ın məlumatına görə, bu burədə onun vəkili Ruslan Çernolutski jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Saakaşvili Kiyevdə həbsxanada aclıq aksiyasına başlayıb.
Çernolutski bildirib ki, əgər məhkəmə 60 gün tutulmaq qərarı versə, Saakaşvili aclıq aksiyasını davam etdirəcək. Saxlanıldığı nəzarətxanada səhhətinin yaxşı olmadığına diqqət çəkən Çernolutski, müvəkkilinin siyasi səbəblərdən tutulduğunu deyib.

Saakaşvilinin vəkili müvəkkilinin tərəfdarlarına yazdığı məktubu da yayıb: “Hökumət məni saxta ittihamlarla həbs edib. Bununla da sizləri qorxutmaq istəyirlər”.

Saakaşvilinin bir qrup tərəfdarı onun saxlanıldığı nəzarətxananın qarşısında toplaşaraq, gözləməyə başlayıblar. Təhlükəsizlik qüvvələri ilə həmin şəxslər arasında ara-sıra gərginlik də yaşanıb.

Qeyd edək ki, Mixeil Saakaşvili gecə yarısı təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat nəticəsində tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
513 455 440 458 487 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.