Balabəy deyir ki,
Xəbərim var bilirəm,hər şeyi məndən sonra,
Dedilər döndərib eşq,məcnuna səhrada səni.
Ona de ki xoşbəxtəm,
Yalan danış adımdan.
De ki əsər qalmayıb,
Sən gördüyün qadından.
De ki, əskik olmur
Üz-gözündən səadət.
Səni çoxdan unudub,
"Xoşbəxt" Olub nəhayət.
Nə olar, nə olar ona demə ki,
Onsuz dəli olmuşam.
Arzuları bəhrəsiz ,
Yarı yolda qalmışam.
Adımı çəkmə nə olar,
Adımı da anmasın.
Mən bitdim, heç olmasa
Onun qəlbi yanmasın.
Məni ona tanıtma,
Qoy məni günah bilsin.
Mən min dəfə ölürəm,
Qoy o bir dəfə ölsün.
Gözlərinə çoxlu bax,
Gör yenədə sevirmi¿
Soruşsa mən hardayam¿
Nə olar demə yerimi!..
Umudunuzu kaybedin. Bi işe yaramıyo...:/
Heç kim ölmək istəmir. Hətta göylərə getmək istəyən insanlar belə. Bununla belə, ölüm hər birimizin təyinatıdır. Heç kim heç bir zaman ondan qaça bilməyib. Bax belə də olmalıdır. Çünki ölüm, bəlkə də, həyatın ən yaxşı kəşfidir.
(Stiv Cobs)